
BAKI, 23 iyun. TELEQRAF
Amerika hərbi qüvvələri və kəşfiyyat əməkdaşları İran tərəfindən dəstəklənən qrupların İraq və Suriyadakı ABŞ bazalarına hücum etməyə hazırlaşdığına dair məlumatlar əldə edib.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
“Hələlik ABŞ hərbi qüvvələrinə qarşı heç bir hərəkət edilməyib. İraq hakimiyyəti qrupları ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrinə cavab olaraq hücumlar həyata keçirməkdən çəkindirməyə çalışır”, - nəşr yazır.