BAKI, 20 iyun. TELEQRAF

“Rusiya Ukraynaya qarşı müharibəni davam etdirmək istəyini indi açıq şəkildə nümayiş etdirir. Putin İranın timsalında belə rejimləri nəyin gözlədiyini yaxşı bilir”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında yazıb.

Ukrayna lideri bildirib: “Kreml döyüşü davam etdirmək niyyətini gizlətmir. Bu, ya Qərbin təzyiqlərinin hələ gözlənilən effekti vermədiyini, ya da Rusiya hökumətinin sabitlik zühuru nümayiş etdirməyə çalışdığını göstərir. Rusiya iqtisadiyyatı onsuz da pisləşir. Biz bu prosesi daha da dəstəkləyəcəyik”.