BAKI, 19 iyun. TELEQRAF

Amerika yaxın günlərdə İrana mümkün zərbə vurmağa hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Məlumata görə, potensial hücum iyunun 21-22-də həyata keçirilə bilər.

İddia olunur ki, planların dəyişməsi ehtimalı var.

Mənbələr bildiriblər ki, ABŞ Prezidenti Donald Trampın ABŞ-nin İran-İsrail münaqişəsinə müdaxiləsi ilə bağlı mövqeyi son günlər respublikaçı müttəfiqlərin təzyiqi səbəbindən kəskin şəkildə dəyişib.