
BAKI, 18 iyun. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana qarşı həyata keçirdiyi hücumlara münasibət bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.
Dövlət başçısı deyib ki, İsrailin İrana qarşı terror xarakterli hücumlarını diqqətlə izləyirlər və bu hadisələrin Türkiyəyə mümkün təsirləri ilə bağlı bütün dövlət qurumları yüksək hazırlıq vəziyyətindədir.
“Millətimiz narahat olmasın. Hökumətimiz Türkiyənin mənafeyini, əmin-amanlığını, birlik və təhlükəsizliyini qorumaqda qətiyyətlidir. Hər cür təhlükə və ssenariyə qarşı hazırlıqlarımızı görmüşük və görməyə davam edirik”, – o qeyd edib.