BAKI, 14 iyun. TELEQRAF

İranın İsrailə hücumları nəticəsində yaralananların sayı 70-ə çatıb.

Teleqraf xəbər verir ki, bu haqda Qətərin “əl-Cəzira” telekanalı İsrail mətbuatına istinadən məlumat yayıb.

***

00:56

İranın hücumları nəticəsində İsraildə yaralananların sayı 41-ə çatıb.

Qeyd olunur ki, onlardan ikisinin vəziyyəti ağırdır.

***
00:13

İran aviazərbələri nəticəsində Təl-Əvivdə azı 35 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin "Ynet" saytı məlumat yayıb.

Qeyd olunur ki, onlardan ikisinin vəziyyəti ağırdır.