BAKI, 13 iyun. TELEQRAF

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İsrailin İranın Natanz nüvə obyektinə hücumundan sonra vəziyyəti diqqətlə izləyir.

Teleqraf xəbər verir ki, bu barədə qurumun rəhbəri Rafael Qrossi bildirib.

O deyib ki, radiasiyanın səviyyəsi ilə bağlı mütəmadi ölkə rəhbərliyi ilə əlaqə saxlayır.

Bu arada İran rəsmiləri hazırda radiasiya ilə bağlı heç bir problem olmadığını və nüvə çirklənməsi ilə bağlı məlumat daxil olmadığını bildirirlər.

Qeyd edək ki, bu gün İsrail İranın bir sıra nüvə obyektlərinə hava zərbələri endirib.