BAKI, 13 iyun. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahu iranlılara müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Times of Israel” yazır.

O deyib: “Əlli ilə yaxındır ki, bu rejim sizi yaxşı yaşamaq şansından məhrum edib”.

B.Netanyahu videomüraciətində bildirib: "Biz sizə nifrət etmirik. Siz bizim düşmənimiz deyilsiniz. Bizim ümumi düşmənimiz var: sizi tapdalayan zalım rejim... Şübhə etmirəm ki, bu zülmdən qurtulacağınız gün həmişəkindən daha yaxındır".

Onun sözlərinə görə, İsrail “azad dünyanı İranın təşviq və ixrac etdiyi terror və barbarlıqdan” qoruyur.

***
04.58

İrana zərbələr İsrailə qarşı təhdidləri aradan qaldırmaq məqsədi daşıyır.

Teleqraf xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O bildirib ki, əməliyyat “lazım olduğu qədər” davam edəcək.