BAKI, 13 iyun. TELEQRAF

Bu hücum İranın nüvə proqramı əleyhinə əməliyyatların birinci mərhələsidir.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusundan bildiriblər.

Bu arada CNN də İsrailin İrana raket zərbələrinin davam edəcəyini proqnozlaşdırıb.

***

04.38

İsrail raketlərinin qəlpələri Tehranda bir neçə yaşayış binasına düşüb.

Teleqraf xəbər verir ki, yerli media ilk itkilər barədə məlumat yayıb.

İlkin məlumatlara görə, bu binalarda İranın siyasi və hərbi xadimləri yaşayıb.

İran dövlət televiziyası hadisə yerindən videogörüntüləri yayımlayıb.