
BAKI, 13 iyun. TELEQRAF.
ABŞ Prezidenti Donald Tramp İsrailin İran ərazisinə endirdiyi zərbələri müzakirə etmək üçün yaxın bir neçə saat ərzində Nazirlər Kabinetinin iclasını keçirəcək.
Teleqraf xəbər verir ki, məlumatı CNN mənbələrə istinadən yayıb.
"Bizə bildirilib ki, Donald Tramp bu axşam İrana qarşı zərbələrlə bağlı Nazirlər Kabineti səviyyəsində iclas çağırır. Bu məlumat Ağ Ev rəsmisindən gəlib", - CNN jurnalisti canlı efirdə deyib.