BAKI, 11 iyun. TELEQRAF

Rumıniya Prezidenti Nikuşor Dan Kişinyova səfəri zamanı Moldova ilə birləşmə mövzusunu xatırladıb.

Teleqraf xəbər verir ki, bu barədə o, "Moldova-1" telekanalına müsahibəsində danışıb.

Prezident deyib: "Bəli, məlum olduğu kimi, mən ittifaqçıyam, amma eyni zamanda Moldova Respublikası adlanan ölkənin suverenliyinə hörmət edirəm. Ona görə də bu ölkənin vətəndaşlarının əksəriyyəti istəyərsə, Rumıniya buna hazır olacaq".