BAKI, 9 iyun. TELEQRAF

Hindistanın cənub ştatı Keralanın sahilləri yaxınlığında Sinqapur bayrağı altında üzən “MV WAN HAI 503” adlı konteyner gəmisində partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Hindistan Sahil Mühafizəsi məlumat yayıb.

Hadisə zamanı gəmidə olan 22 heyət üzvündən 5-i xəsarət alıb, 4 nəfər isə itkin düşüb.

Olayın səbəbləri və gəminin aldığı zərərin miqyası hələlik müəyyən edilməyib.

Hadisə yerinə Hindistanın Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələrinin qüvvələri cəlb olunub, axtarış-xilasetmə əməliyyatları davam etdirilir.