BAKI, 9 iyun. TELEQRAF
İsrail XİN öz sosial şəbəkə hesabında “Madlen” gəmisinin sahilə doğru üzdüyünü və sərnişinlərin ölkələrinə qayıtdığını bildirib.
Teleqraf xəbər verir ki, daha əvvəl Qəzzaya humanitar yardım daşıyan "Madlen" yelkənli gəmisi ilə əlaqənin itirildiyi bildirilirdi.
Bu barədə "Röyters" məlumat yaymışdı.
İsrail XİN-in bəyanatında o da vurğulanıb ki, Qreta Tunberq də daxil olmaqla, gəmidəki fəallar “mediada təxribat təşkil etməyə çalışırdılar” və onların yeganə məqsədi “ictimaiyyətin diqqətini cəlb etmək”dir. Belə ki, gəminin göyərtəsində az miqdarda humanitar ləvazimatın olması da bunun sübutudur.
"Qəzza zolağına yardım çatdırılmaq üçün instaqram selfilərinə ehtiyac yoxdur. Yaxtada olan az miqdarda yardım əsl humanitar kanallarla Qəzzaya göndəriləcək", - XİN-dən aydınlıq gətirib.