BAKI, 9 iyun. TELEQRAF

Polşa Hərbi Hava Qüvvələri Komandanlığı, müttəfiqləri ilə birlikdə Varşavanın döyüş təyyarələrini havaya qaldırdı.

Teleqraf xəbər verir ki, bu barədə Respublika Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

Sözügedən addım Rusiyanın hərbi fəallaşması ilə izah olunur. Qeyd edilir ki, təyyarələrin havaya qalxmasına səbəb “Rusiya Federasiyasının Ukrayna ərazisinə intensiv hava hücumu” olub.