BAKI, 9 iyun. TELEQRAF

Əfqanıstanın paytaxtı Kabil su ehtiyatlarının tamamilə tükənməsi problemi ilə üzləşən ilk müasir şəhər ola bilər.

Teleqraf xəbər verir ki, "The Guardian" qeyri-kommersiya təşkilatı "Mercy Corps"-un məlumatlarına istinadən belə yazır.

Məqalədə deyilir: “Əgər vəziyyət dəyişməsə, 2030-cu ilə qədər Kabildə bütün su mənbələri tükənəcək və bu, şəhərin yeddi milyon sakininin həyatını riskə atacaq”.

Son on ildə Əfqanıstanın paytaxtında suyun səviyyəsi 30 metr aşağı düşüb. Bu, aktiv tikinti və iqlim dəyişikliyi səbəbindən baş verib. Nəticədə şəhəri içməli su ilə təmin edən şəhər quyularının demək olar ki, yarısı quruyub.