BAKI, 8 iyun. TELEQRAF

“Baş nazir Nikol Paşinyanın kortejinin Sünikdən qayıdarkən qəzaya uğraması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkə hesabında yazıb.

Nazirliyinin rəsmisi bildirib: "Mən medianı dəqiqləşdirilməmiş və əsassız məlumat yaymaqdan çəkinməyə çağırıram".

Qeyd edək ki, Ermənistanın hraparak.am saytı Paşinyanın Sünikdən qayıdan kortejinin Armaş kəndində qəzaya düşdüyü, mühafizəçilərdən bəzilərinin yaralandığı barədə xəbər yayıb.