BAKI, 8 iyun. TELEQRAF
Türkiyənin Xarici işlər naziri Hakan Fidan NATO-nun baş katibi Mark Rutte ilə telefonla danışıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumata görə, danışıqlarda əsas mövzu Ukrayna və Rusiya arasında davam edən münaqişənin dayandırılması istiqamətində olub.
Görüşdə 24-25 iyun 2025-ci il tarixlərində Hollandiyanın paytaxtı Haaqada keçiriləcək NATO sammitinə hazırlıq da müzakirə edilib.