BAKI, 8 iyun. TELEQRAF
Türkiyəli səyahət bloggeri Tolqa Öztürk pasportunda Rusiya möhürü olduğuna görə Ukraynaya buraxılmayıb.
Teleqraf xəbər verir ki, bu barədə bloger "YouTube" kanalında yazıb.
39 ölkəyə səfər etmiş bloqqer Rusiyanın xeyrinə casusluqda şübhəli bilinir. O, Mogilyov-Podolski stansiyasında qatarda saxlanılıb və dindirilmək üçün aparılıb.
"Mənim hər tərəfdən fotomu çəkdilər. Telefonumu müsadirə etdilər, "WhatsApp" mesajlarımı oxudular, qalereyadakı bütün şəkillərə, o cümlədən Rusiyada çəkilmiş şəkillərə baxdılar" - deyə, bloger qeyd edib.