BAKI, 7 iyun. TELEQRAF
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Almaniya Bundestaqının Prezidentinə və parlament fraksiyalarının rəhbərlərinə kansler Fridrix Mertsdən şikayət edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya saytları məlumat yayıb.
O rəsmi müraciətində kansler F.Mertsin ABŞ-dəki açıqlamalarını qınayıb.
V.Volodin bildirib: “Siyasətçiləri müxtəlif səhvlərə görə bağışlamaq olar, bir istisna olmaqla - bu gün sayələrində yaşadığımız insanların xatirəsini təhqir etməməliyik”.
V.Volodin qeyd edib ki, F.Mertsin “Kiyev rejiminin hərəkətlərini dəstəkləyən bəyanatları ölkələr arasında gərginlik yaradır”.