BAKI, 6 iyun. TELEQRAF

Ukraynanın Odessa vilayətinin Donskaya Balka kəndində Kadr təminatı və sosial dəstək üzrə ərazi xidmət mərkəzinin avtomobilin partladılıb.

Teleqraf xəbər verir ki, bu barədə yerli saytlar məlumat yayıb.

Xidmət mərkəzinin maşında olan polkovniki Oleq Nomerovski həlak olub.

Bildirilir ki, partlayış saat 15:39-da Odessadan Berezovkaya gedən avtomobil yolunda Dobroslav və Berezovka arasında olub. İlkin məlumatlara görə, avtomobilin uzaqdan idarə olunan bomba vasitəsilə partladılıb.

Yanmış “Renault Megane” Odessa vilayətinin Berezovski rayon ərazi xidmət mərkəzinə məxsus olub. Avtomobili dördüncü şöbəsinin rəisi polkovnik Oleq Nomerovski idarə edib.

Hadisə yerində yanmış avtokabinədə meyit və yolun hərəkət hissəsində insan qalıqları aşkar edilib. Maşının alt hissəsi sürücünün oturacağı yerində olmayıb.

Hadisə yerində əməliyyat-istintaq qrupları, ekspertlər və SBU əməkdaşları işləyir. Terror aktı və məqsədyönlü sui-qəsd versiyaları nəzərdən keçirilir.