BAKI, 5 iyun. TELEQRAF
"Süni intellekt (Sİ) diplomatları əvəz edə bilməyəcək".
Teleqraf xəbər verir ki, bunu Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin “TASS Children” layihəsinə müsahibəsində deyib.
Səfir süni intellektin diplomatları əvəzləməsi ehtimalı ilə bağlı sualı belə cavablandırıb: "Xeyr, məncə, bu, mümkün deyil. Ola bilsin, istehsalla bağlı bəzi sahələrdə, Sİ insanı əvəz etsin. Robotlar, həqiqətən, əllə yığılan maşınlardan daha yaxşı maşın yığırlar".
Onun sözlərinə görə, süni intellekt diplomatiya və jurnalistika ilə bağlı sahələrdə öz tətbiqini tapmayacaq.