BAKI, 4 iyun. TELEQRAF

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın telefon danışığındakı əsas məqamlara toxunub.

Teleqraf xəbər verir ki, Y.Uşakov söhbətin 1 saat 10 dəqiqə çəkdiyini deyib.

O bildirib:

▪️ Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa deyib ki, Ukrayna "danışıqları pozmağa çalışıb, lakin Moskva təxribatlara boyun əyməyib".

▪️Putin Rusiya ilə Ukrayna arasında İstanbulda aparılan danışıqların faydalı olduğunu vurğulayıb.

▪️Kiyev "rejimi mahiyyət etibarilə terror təşkilatına çevrilib".

▪️Liderlər Ukrayna münaqişəsinin həlli ilə bağlı memorandumları müzakirə etməyiblər.

▪️Putin və Zelenski arasında görüş məsələsi “heç vaxt praktiki müstəvidə olmayıb”.

▪️Tramp Putinə bildirib ki, ABŞ Rusiya aerodromlarına zərbələr endirmək planları barədə məlumatlandırılmayıb.

▪️ Putin münaqişənin nizamlanması üçün müvafiq xətlər üzrə təmaslar aparıla biləcəyini deyib.

▪️Tramp bildirib ki, əgər Rusiya İranla nüvə sazişinin tərəfi kimi çalışsa, ona minnətdar olacaq.

▪️Putin və Tramp ölkələr arasında böyük potensiala malik əməkdaşlığın bərpası perspektivləri barədə fikir mübadiləsi aparıblar.

▪️Prezidentlər fikir mübadiləsini müsbət və məhsuldar adlandırıblar.

▪️Liderlər Ukrayna ilə bağlı ən yüksək səviyyədə və digər kanallar vasitəsilə təmasları davam etdirmək barədə razılığa gəliblər.