BAKI, 4 iyun. TELEQRAF
Rusiya Xarkova zərbələr endirib, nəticədə şəhərdə genişmiqyaslı yanğınlar baş verib.
Teleqraf UNİAN-a istinadən xəbər verir ki, Xarkov meri İqor Terexov hücum zamanı 10 "Şahid" dronundan və 2 raketdən istifadə edildiyini deyib.
"Sənaye zonasında dörd məkanda yanğınlar baş verib, həmçinin şəxsi ev yanıb. İndiyədək Novobavarski rayonunda bir nəfərin xəsarət aldığı məlumdur", - mer bildirib.
Yanğın baş verən yerlərdə müvafiq xidmətlər və könüllülər işləyir.
"Daha bir PUA partlamayıb – onun üzərində partlayıcı mütəxəssisləri çalışacaq", - İqor Terexov məlumat verib.