BAKI, 2 iyun. TELEQRAF
ABŞ Rusiya aerodromlarına son zərbələr endirilməsi ilə bağlı Ukraynaya kəşfiyyat məlumatı verməyib.
Teleqraf xəbər verir ki, bunu "CBS News"un jurnalisti Cennifer Ceykobs "X" sosial şəbəkəsində ABŞ administrasiyasındakı mənbələrə istinadən bildirib.
“Birləşmiş Ştatlar "Hörümçək toru" əməliyyatı üçün Volodimir Zelenski və komandası ilə kəşfiyyat məlumatı paylaşmayıb”, - deyə Ceykobs yazıb.
Onun sözlərinə görə, Ukrayna tərəfi lazımi məlumatları müstəqil şəkildə toplayıb.
Qeyd edək ki, iyunun 1-də Ukrayna Silahlı Qüvvələrinin (AFU) pilotsuz təyyarələri Rusiya ərazisindəki yük maşınlarından havaya qalxaraq bir neçə hərbi aerodromlara zərbələr endirib. Nəticədə 40-a yaxın qırıcının sıradan çıxarıldığı qeyd olunur.
Qeyd edək ki, bundan əvvəl “Axios” portalı Kiyevin Ağ Evi hücumlarla bağlı əvvəlcədən xəbərdar etdiyi haqda məlumat yayıb.