BAKI, 11 may. TELEQRAF
İranda müharibə başlayandan bəri ilk dəfə olaraq Azərbaycandan neft daşıyan tanker tezliklə Yaponiyaya çatacaq.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.
Tankerin mayın 12-də Yaponiyaya çatacağı gözlənilir.
Agentliyin ölkənin İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyindəki mənbələrinə görə, Azərbaycandan neft alışı Hörmüz boğazının davam edən blokadası fonunda Yaponiyaya neft tədarükünün şaxələndirilməsi səyləri çərçivəsində baş tutub.