Taylandda yarasalarda yeni koronavirus ştammı aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Rəqəmsal İqtisadiyyat və Cəmiyyət Nazirliyi məlumat yayıb.

Yeni şatmmın insanlara yoluxması halı qeydə alınmayıb.

"Tədqiqatlar göstərir ki, bu virus ştammı COVID-19-dan daha az patogen və yoluxucudur. Bundan əlavə, COVID-19 peyvəndləri xəstəliyin şiddətini azaltmaqda təsirli olaraq qalır. Xəstəliyin yayılma təhlükəsi azdır", - məlumatda vurğulanıb.