BAKI, 31 may. TELEQRAF
Hindistanın cənubundakı Heydərabad şəhərində “Miss World” gözəllik müsabiqəsi keçirilib.
Teleqaf xəbər verir ki, tailandlı Suçata Çuanqsri dünya gözəli seçilib.
Yarışmada ikinci yeri efiopiyalı Hasset Drej Admassu, üçüncü yeri isə polşalı Maya Klayda tutub.
Ukraynadan olan 20 yaşlı iştirakçı Mariya Melniçenko ilk “8-liy”ə düşə bilib.