BAKI, 31 may. TELEQRAF

ABŞ Qəzza zolağında müharibənin dayandırılması istiqamətində vasitəçilik səyləri çərçivəsində İsrail və HƏMAS-a müvəqqəti atəşkəslə bağlı yeni təkliflər təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

ABŞ rəsmiləri bildiriblər ki, İsrail artıq bu planla razılaşıb. HƏMAS təşkilatının rəhbərliyi isə təklifləri və İsrailin onlara verdiyi cavabı diqqətlə araşdırdığını bəyan edib.

Planın detalları rəsmi olaraq açıqlanmasa da, qeyri-rəsmi məlumata əsasən, iki ay müddətinə atəşkəsin təmin olunması nəzərdə tutulur.