BAKI, 31 may. TELEQRAF

Nigeriyada bu il heyvanlardan insanlara keçən meningit və Lassa qızdırması epidemiyalarından 366 nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən dərc edilən hesabatda ölkənin Lassa qızdırması və meningitin daha geniş coğrafiyaya yayıldığı bildirilib.

Nigeriya hökuməti 2030-cu ilə qədər menenjitə qalib gəlmək üçün yeni tədbirlər gördüyünü açıqladı.

Qeyd edək ki, gəmiricilər tərəfindən ötürülən Lassa virusu gözlərdə, qulaqlarda və ağızda qanaxmaya səbəb olur və insandan insana da keçə bilir.

Lassa virusu baş ağrısı, yorğunluq, öskürək, qusma, ishal, əzələ və boğaz ağrısına səbəb ola bilər. Virus şiddətli olarsa, tənəffüs problemləri, üz şişməsi, sinə ağrısı və daxili qanaxmalara səbəb olur.