BAKI, 30 may. TELEQRAF
Ukrayna tərəfindən hazırlanmış və Rusiya tərəfinə təqdim olunması nəzərdə tutulan memoranduma əsasən, atəşkəs rejimi yalnız quruda deyil, həmçinin havada və dənizdə də qüvvədə olmalıdır.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) nəşri ukraynalı rəsmi mənbəyə istinadla məlumat yayıb.
Kiyev atəşkəsin monitorinqini beynəlxalq tərəfdaşlar tərəfindən həyata keçirilməsini təklif edir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında danışqların birinci raundu iyunun 2-də İstanbulda keçiriləcək.
İlk danışıqlar raundu mayın 16-da baş tutub. Görüş zamanı tərəflər “1000-ə 1000” prinsipi ilə əsir mübadiləsinə dair razılığa gəliblər və mümkün atəşkəsin əsas şərtlərini təqdim ediblər. Hər iki tərəf görüşün nəticələrindən razılığını ifadə edib.