BAKI, 28 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinlə dünyanın ən böyük gücləri arasında güc balansını dəyişdirə biləcək böyük sazişi nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə nüfuzlu “The New York Times” nəşri məlumat yayıb.
Məqalədə deyilir: “Prezident Trampın son hərəkətləri və bəyanatları onu göstərir ki, o, ABŞ, Çin və Rusiyanın hər birinin öz təsir dairəsinə hakim olacağı bir razılaşma əldə etmək istəyir”.
Yada salaq ki, bir müddət əvvəl ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens ölkəsinin dünyada dominantlıq dövrünün bitdiyini bəyan edib.