BAKI, 28 mayş. TELEQRAF

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısının bəyanatını çatdırıb.

Teleqraf xəbər verir ki, bəyanatda Vladimir Putin Rusiya ərazisinə pilotsuz uçuş aparatlarının hücumlarının təşkilatçılarına qarşı cavab tədbirlərinin qaçılmaz olacağını deyib.

Belə ki, Putinin fikrincə, Rusiya ilə “xuliqan kimi davranmaq” qərarına gələnlər "cavablarını alacaqlar”.

D.Peskov müsahibəsində deyib: "Baxın, bizim prezident açıq şəkildə bildirdi ki, Rusiyada heç kim sadəcə olaraq dronlarla xuliqan kimi davrana bilməz. Əgər xuliqan kimi davransanız, cavabınızı alacaqsınız. Sülh prosesi gedir, ya yox, Prezident Donald Tramp nə deyir-desin, fərqi yoxdur, Rusiya öz təhlükəsizliyini təmin edəcək".