BAKI, 28 may. TELEQRAF
Amerikalı senator Lindsi Qrem Rusiya vətəndaşlarına müharibənin ağır nəticələri barədə xəbərdarlıq edib.
Teleqraf xəbər verer ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
Senator deyib: “ABŞ Prezidenti Donald Trampın dəhşətli müharibəni bitirmək üçün etdiyi səyləri yüksək qiymətləndirirəm. Amma istənilən müharibəni bitirmək üçün bunu istəyən tərəfdaşlar olmalıdır. Hələlik Putin bunu istəmir.
İqtisadi tənəzzül və beynəlxalq təcrid Rusiyanı fəlakətli nəticələrlə üz-üzə qoyacaq. Putin sizi uçuruma aparır”.