BAKI, 27 may. TELEQRAF
Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla Kanadaya iki günlük səfər edib.
Teleqraf xəbər verir ki, səfər ABŞ Prezidenti Donald Trampın Kanadaya təhdidləri gücləndirdiyi bir vaxtda baş tutub.
Bu, kral və kraliçanın taxta çıxdıqdan sonra Kanadaya ilk səfəridir. Onlar əvvəlcə yerli icma festivalında iştirak edəcək, daha sonra Baş nazir Mark Karni ilə görüşəcəklər.
Kral çərşənbə axşamı Kanada parlamentində çıxış edəcək.