BAKI, 26 may. TELEQRAF
Venesuelada seçici axını səbəbindən seçki məntəqələri iş vaxtını uzatmalı olub.
Teleqraf xəbər verir ki, bu barədə Venesuela Milli Seçki Şurasının (CNE) sədri Elvis Amoroso bildirib.
“Seçki məntəqələrində seçicilərin çoxluğunu nəzərə alaraq, Şura rəhbərliyi səsvermənin bir saat və ya müxtəlif məntəqələrdə növbələr bitənə qədər uzadılması barədə qərar qəbul edib.
Mayın 25-də Venesuelada Milli Assambleyanın 285, regional şuraların 260 üzvü və 24 qubernator seçilir.