BAKI, 25 may. TELEQRAF
Kiyevə hərbi yardım davam edərsə, bufer zonası demək olar ki, Ukraynanın bütün ərazisini əhatə edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında məlumat verib.
O, paylaşımına Ukraynanın, demək olar ki, bütün ərazisinin bufer zonası kimi təyin edildiyi videonu əlavə edib. Yayımlanan görüntülərdə ölkənin qərbində ümumi ərazinin yalnız kiçik bir hissəsi qalıb.
Mayın 22-də Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşü zamanı Ukrayna ilə sərhəddə təhlükəsizlik bufer zonasının yaradılması qərarını açıqlayıb. Onun sözlərinə görə, Rusiya hərbçiləri artıq bu tapşırığı yerinə yetirirlər.