BAKI, 24 may. TELEQRAF
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son sutkada azı 76 nəfər ölüb, 200-dən çox insan yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb .
Məlumata görə, Xan Yunisdə bir evə endirilən zərbə nəticəsində 7 uşaq ölüb.