BAKI, 24 may. TELEQRAF

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna böhranının sülh yolu ilə həllinə dair İstanbulda aparılan danışıqlarda əldə olunan razılaşmalara sadiq qaldıqlarını bildirib.

Teleqraf xəbər verir ki, Lavrov Ukrayna ordusunun mayın 20-23-də Rusiya ərazisində mülki şəxslərə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil etməsinə və bu hücumlarda ölən və yaralananların olmasına diqqət çəkib.

"Başda İngiltərə, Fransa və Almaniya olmaqla bəzi Avropa ölkələrinin Kiyevə verdiyi dəstək nəticəsində hücumlar həyata keçirilir. Cinayətlərdə bu ölkələrin də payı olduğuna əminik. Bu, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında əldə olunan razılaşmalara uyğun olaraq İstanbulda başlanmış danışıqlar prosesini pozmaq cəhdidir. Bu siyasətə son qoymaq üçün çalışacağıq" - deyə Lavrov bildirib.