BAKI, 24 may. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə Romada aparılan danışıqların indiyədək aparılan “ən peşəkar danışıqlardan” biri olduğunu bildirib.
Teleqraf xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Əraqçi İran və ABŞ arasında keçirilən danışıqların 5-ci raundundan sonra danışıqların detalları ilə bağlı açıqlama verib.
"Bu raund indiyə qədər keçirdiyimiz ən peşəkar danışıqlar raundlarından biri oldu. Biz İran İslam Respublikasının danışıqlara münasibətini və prinsiplərini bir daha ifadə etdik. Mövqeyimiz çox aydındır və bu mövqenin yanındayıq" - XİN rəhbəri bildirib.
İranın indi ABŞ tərəfindən daha yaxşı başa düşüldüyünü deyən Əraqçi hazırda tərəflər üçün heç bir öhdəlik yaratmayacaq yeni təkliflər müzakirə edilir.
Danışıqların davam etdirilməsi məsələsinə toxunan diplomat iki-üç görüşlə məsələnin həll edilə bilməyəcəyini deyib.