BAKI, 24 may. TELEQRAF
ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların yumşaldıldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, məlumatda Suriyanın sanksiyalardan 180 günlük azad edildiyi bildirilir.
ABŞ həmçinin Suriya aviaşirkətlərinə, bir sıra banklara və gəmiçilik şirkətlərinə qarşı sanksiyaları ləğv edib.
Qeyd olunub ki, qərar Donald Trampın Suriyaya qarşı sanksiyaların tamamilə ləğvi ilə bağlı bəyanatlarına uyğun verilib.
Bəyanatda bu addımın Suriyaya qarşı sanksiyaların tamamilə ləğvinin bir hissəsi olduğu vurğulanıb.