BAKI. 24 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Alyansının Haaqada keçiriləcək sammitində müttəfiqlərini müdafiə xərclərini artırmağa çağıracaq.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin NATO- dakı daimi nümayəndəsi Metyu Uitaker deyib:

"Əsas mesaj maliyyə yükünün bölüşdürülməsi məsələsi olacaq. Prezident açıq şəkildə bildirdi ki, Avropa və Kanada müttəfiqləri müdafiə xərcləri baxımından ABŞ-la eyni olmalıdır"

O əlavə edib ki, Vaşinqton müdafiəyə təxminən 550 milyard dollar xərcləyir. Bu da bütün müttəfiqlərinin xərclədiyi məbləğdən təxminən iki dəfə çoxdur .

İyunun 24-25-də Haaqada NATO-nun sammiti keçiriləcək.