
BAKI, 23 may. TELEQRAF
"Sanksiyalar aradan qaldırılarsa, Tehran nüvə obyektlərinə nəzarətin artırılmasına icazə verə bilər".
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "SNN" televiziya kanalına müsahibəsində bildirib:
“Biz öz hüquqlarımızdan imtina etmirik, lakin sanksiyaların götürülməsi şərti ilə nüvə fəaliyyətinin şəffaflığını artırmaq üçün tədbirlər görə bilərik”.
Eyni zamanda, Əraqçi qeyd edib ki, danışıqların nəticələri barədə danışmaq hələ tezdir: "Tehranın uranın zənginləşdirilməsi məsələsi həll edilməyib və danışıqlar ABŞ razılaşana qədər davam edəcək. Əks halda Vaşinqton uranın zənginləşdirilməsini tamamilə dayandırmaqda israr etməkdə davam edərsə, heç bir razılıq əldə olunmayacaq”.
Bundan əlavə, xarici işlər naziri bəyan edib ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) sanksiyalarla bağlı bəzi aspektlərinə yenidən baxılmalıdır.