
BAKI, 23 may. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası xarici tələbələrin Harvard Universiteti ilə yanaşı, digər universitetlərə də qəbuluna qadağa qoymağı düşünür.
Teleqraf xəbər verir ki, bunu Milli Təhlükəsizlik katibi Kristi Noem "Fox News"a müsahibəsində bildirib .
"Əlbəttə, biz bunu nəzərdən keçiririk. Qoy bu, bütün digər universitetlərə xəbərdarlıq olsun: öz əməlinizi təmizləyin", - deyə o bildirib.
Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbulu icazəsini dayandırıb.
Universitetə qarşı təzyiqlər təhsil ocağında oxuyan fələstinli fəalların İsrailin Qəzza zolağında hərbi əməliyyatlarına qarşı etirazlarından sonra güclənib.