BAKI, 23 may. TELEQRAF
ABŞ Dövlət Departamenti Estoniyaya “Javelin” tank əleyhinə raket kompleksləri üçün ümumi dəyəri 296 milyon ABŞ dolları dəyərində raketlərin satışı ilə bağlı sazişi təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə Pentaqonun Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Söhbət 800 ədəd FGM-148F raketinin, həmçinin 84 komanda-buraxılış blokunun və təlim sursatlarının tədarükündən gedir. Bundan əlavə, saziş ehtiyat hissələrini və əlaqəli avadanlıqları, həmçinin istismar və texniki xidmət üzrə təlim xidmətlərini əhatə edir.
Tədarükçü qismində ABŞ-nin RTX və “Lockheed Martin” hərbi konsernlərinin birgə müəssisəsi çıxış edəcək.