BAKI, 22 may. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbulu icazəsini dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
ABŞ daxili təhlükəsizlik naziri Kristi Noemin imzası ilə göndərilən məktubda deyilir: “Sizə məlumat verirəm ki, Harvard Universitetinin beynəlxalq tələbə və akademik mübadilə proqramının lisenziyası ləğv edilib”.
Universitetə qarşı təzyiqlər təhsil ocağında oxuyan fələstinli fəalların İsrailin Qəzza zolağında hərbi əməliyyatlarına qarşı etirazlarından sonra güclənib.