BAKI, 22 may. TELEQRAF
“Ukrayna gələn həftə Aİ-dən Moskvanı təcrid etmək üçün yeni, irimiqyaslı addımları nəzərdən keçirməyi, o cümlədən Rusiya aktivlərinin müsadirəsini və Rusiya neftinin bəzi alıcılarına qarşı sanksiyaların tətbiq olunmasını xahiş edəcək”.
Teleqraf xəbər verir ki, bu barədə "Röyters" yazıb.
Ukrayna hakimiyyətinin bu addımı ABŞ Prezidenti Donald Trampın sanksiyaları sərtləşdirməkdən imtina etməsi ilə izah olunur.
Nəşrin məlumatına görə, Ukrayna hakimiyyəti Avropa İttifaqı üçün 40 səhifədən çox sanksiya tövsiyələrini özündə əks etdirən “Ağ Kitab” adlı sənəd hazırlayıb.