BAKI, 22 may. TELEQRAF
Slovakiyada iki düşmən siyasətçi boks rinqində fikir ayrılıqlarını həll etmək üçün razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə Slovakiyanın “Bratislavak” nəşri məlumat yayıb.
Məlumata görə, “Respublika” hərəkatının deputatı Milan Mazurek və “Tərəqqiçi Slovakiya” partiyasından David Dey arasında sosial mediada mübahisə yaşanıb.
Dey mübahisələrdən “yorulduğunu” və rəqibini döyüşmək üçün rinqə çıxmağa dəvət edib.
Mazurek dərhal olmasa da, təkliflə razılaşıb. O, rəqibinin çəki və boy baxımından üstünlüyünə, eləcə də peşəkar boksda təcrübəyə malik olduğuna işarə edərək, bunu “təxribat” hesab edib. Mazurek iyunda Bratislavada rinqə çıxmağa hazır olduğunu bildirib.