BAKI, 22 may. TELEQRAF

Şimali Koreyada hərbi gəminin suya buraxılması zamanı ciddi qəza baş verib.

Teleqraf xəbər verir ki, bu barədə KCNA xəbər agentliyi məlumat yayıb .

Məlumata görə, hadisə zamanı Şimali Koreya lideri Kim Çen In da mərasimdə iştirak edirmiş.

Gəminin arxa hissəsi vaxtından əvvəl relsdən çıxaraq, quruya çırpılıb. Bundan əlavə, gəminin gövdəsi bir neçə yerdən zədələnib.

Agentlik qəzaya səbəb kimi səhlənkarlıq və prosesin idarə edilməsində ehtiyatsızlığı göstərib.

Kim Çen In da hadisəni “cinayətkar səhlənkarlıq” adlandırıb. Şimali Koreya lideri gəminin iyun ayına kimi təmir olunmasını əmr edib. Bildirib ki, qəza “dövlətin şərəf və ləyaqətinə kölgə salıb”.