BAKI, 22 may. TELEQRAF

Amerika Birləşmiş Ştatları Ukraynada münaqişənin həlli üçün Moskva və Kiyevin mümkün razılaşma üçün hansı güzəştlərə getməli olduqlarını əvvəlcədən müəyyən etməyəcək.

Teleqraf xəbər verir ki, ABŞ-nin Dövlət katibi Marko Rubio belə deyib.

O bildirib ki, gələcək müqavilədə ədalət və balans gözlənilməlidir, əks halda o, davamlı olmayacaq.