BAKI, 21 may. TELEQRAF

İran İsrail dövləti üçün ciddi təhlükə yaratmaqda davam edir.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, İsrail İran təhlükəsini ABŞ amili ilə əlaqələndirir: “Ümid edirik ki, Vaşinqtonla Tehran razılığa gələcək. Belə bir anlaşma əldə olunsa, bunu alqışlayacağıq”.

B.Netanyahu İsrailin girovların azad edilməsinə dair razılaşmanın bir hissəsi olaraq, Qəzza zolağında müvəqqəti atəşkəs rejimini qəbul etməyə hazır olduğunu da vurğulayıb: "Belə bir fürsət yaranarsa, müvəqqəti atəşkəsə hazırıq”.