BAKI, 21 may. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, 2025-ci ildə Moskva ilə münasibətlər müsbət dinamika üzrə inkişaf edir.

Teleqraf xəbər verir ki, o, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İrəvanda keçirdiyi görüşdə bildirib.

"Bu il münasibətlərimizin dinamikasını müsbət qiymətləndirirəm. Mənimlə Vladimir Putin arasında dinamik dialoq gedir, baş nazir müavinləri Avrasiya İqtisadi İttifaqı çərçivəsində və ikitərəfli məsələlərdə çox sıx işləyirlər", - Paşinyan qeyd edib.